Zəng mərkəzi +994997797960
Qoruyucu plyonka nə üçün lazımdır?

Avtomobilin boyası daim daş, çınqıl, qum, quş zibilləri, yol kimyəvi maddələri, ağac şirəsi, həşəratlar və s.
şəklində çoxsaylı xarici təsirlərə məruz qalır. Qoruyucu plyonkalar avtomobilinizin xarici
görünüşünü qorumaq üçün ən yaxşı və uzun müddətli həlldir.

Şəffaf qoruyucu plyonka çəkildikdən sonra avtomobilin rəngi dəyişəcəkmi?

Xeyir. Qoruyucu plyonkalarının şəffaf olan modelləri tam şəffaf olduğundan avtomobilin üzərində
görsənmir əksinə həmin hissələrin parlaqlığını 30% qədər artırır.


Qoruyucu plyonkalar haraya quraşdırıla bilər?

Qoruyucu plyonkaları istənilən hamar səthin üzərinə quraşdırıla bilər.

Qoruyucu plyonkaların istifadə müddəti nə qədərdir ?

Qoruyucu plyonkaların istifadə müddəti plyonkanın modelindən aslı olaraq 2-10 il arası
dəyişir.

Hansı dərinlikdə olan cızıqlar özü özünə bərpa olunur?

Qoruyucu plyonkaların üzərindəki xsusi qat, 14 mikron dərinlikə qədər olan cızıqların bərpasını təmin
edir.

Qoruyucu plyonkaları təyyarəyə quraşdırmaq olarmı?

Qoruyucu plyonkalar istənilən hamar boyalı səthə tətbiq oluna bilər. Bununla belə, təyyarənin ciddi
texniki tələblərini nəzərə alaraq, dəqiq təlimatlar üçün təyyarə istehsalçısı ilə məsləhətləşməyiniz tövsiyə
olunur.

Qoruyucu plyonkaları su nəqliyyat vasitələrinə quraşdırıla bilərmi?

Bəli, lakin qeyri-standart istifadə üçün zəmanət şərtləri ilə tanış olmaq lazımdır

Plyonka quraşdırıldıqdan sonra təzyiqli yuyucudan istifadə etmək olarmı?

Bəli, Qoruyucu plyokalar ilə örtülmüş səth yüksək təzyiqli yuyucularla yuyula bilər, lakin quraşdırıldıqdan
sonra ən azı 7 gün keçməsi və yüksək təzyiqli suyun plyonkanın kənarlarına yönəldilməməsi şərti ilə.
Yüksək təzyiq başlığından plyonkaya qədər olan məsafə ən azı 60 sm-dən az olmamalıdır.

Qoruyucu plyonkaları özüm quraşdıra bilərəm?

Qoruyucu plyonkalarının tətbiqi, quraşdırıcının peşəkar bacarıq və təcrübəyə malik olmasını
tələb edən bir prosesdir. Əksər səthlər formaya malikdir, bu, yapışan təbəqəni pozmadan plyonkanı
nəzarətli şəkildə dartınmasını tələb edir. Qoruyucu plyonkanı texnalogiyaya uyğun və zəmanətli
quraşdırmaq üçün PPFSHOP platformasının rəsmi tərəfdaşı olan quraşdırma mərkəzlərinə müraciət etmək tövsiyə olunur.

Sonradan rəngsaz tərəfindən boyanmış hissələrə qoruyucu plyonka çəkilə bilərmi?

Bəli, ancaq yüksək keyfiyyətli, zavod rənginə yaxın olduqdan sonra. Belə hallarda sizə zəmanətin şərtləri
ilə tanış olmağı və mütəxəssislərlə məsləhətləşməyi tövsiyə edirik.

Qoruyucu plyonkaları avtomobilin salonundakı parlaq səthlərə quraşdırmaq olarmı?

Bəli. Qoruyucu plyonkalar istənilən hamar səthə quraşdırıla bilər.

Qoruyucu plyonkanın üstünə vinil zolaqlar və digər elementlər çəkilə bilərmi?

Bəli. Vinil qoruyucu plyonkanın üzərində tətbiq oluna bilər. Tətbiq etməzdən əvvəl, qoruyucunun
quraşdırılmasından 5 gündən çox vaxt keçdiyinə əmin olun. Düzgün yanaşma ilə vinil plyonkaya zərər
vermədən çıxarıla bilər.